SPORTAZE » VOLEYBOL » Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb

Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Sportaze.az saytı Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, yanvarın 10-14-də baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

U-20 millimizin heyətində Cəlilov Camal, Qəhrəmanlı Rəvan, Quliyev Camal, Qasımov Oqtay, Hüseynli Rəvan, İsmayılzadə Əziz, Qasımov Nihad, Bağırov Ramiz, Əhmədov Səid, Nəbiyev Natiq, Xəlilov Həsən, Hüseynli Kamil, Həsənov Riyad və Hacıyev Azay yer alıblar.


Bənzər xəbərlər

0 Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti

personAdmin 26-02-24, 15:14

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı bəlli olub. Sportaze.az xəbər verir ki,...

0 “Gəncə” voleybol klubu belaruslu statist ilə anlaşıb

“Gəncə” voleybol klubu belaruslu statist ilə anlaşıb

personAdmin 13-08-24, 14:02

“Gəncə” voleybol komandasında yeni təyinat reallaşıb. Klubun mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata...

0 “Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə anlaşıb

“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə

personAdmin 16-09-24, 15:17

“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə anlaşıb. Sportaze.az saytı klubun mətbuat xidmətinə istinadən...

menu
menu