Azərbaycan Voleybol Federasiyasının prezidenti Avropa Voleybol Konfederasiyasının rəhbəri ilə görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri Aleksandar Boriçiçlə görüşüb.Sportaze.az AVF-yə istinadla xəbər verir ki, bu gün Serbiyanın paytaxtı Belqradda baş tutan görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Elqar Bağırov, İlqar Nuriyev, CEV-in vitse-prezidenti Renato Arena və digər rəsmilər iştirak ediblər.
Görüş zamanı ölkəmizdə aşağı yaş qruplarında voleybolçuların yetişdirilməsi üzrə akademiyanın yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi qeyd olunub. Bu məsələ ilə bağlı Beynəlxalq Voleybol Federasiyası ilə də danışıqlar aparılması tövsiyə edilib.
Görüşdə əcnəbi məşqçilərin Azərbaycanda müxtəlif seminarlar keçməsi və burada uzunmüddətli çalışması məsələsinə də baxılıb. Danışıqlar zamanı federasiya nümayəndələrinin CEV-ə ezam olunaraq qurumun təcrübəsinin öyrənilməsi, AVF-nin starateji planı və digər əməkdaşlıq məsələləri də müzakirə edilib.
Bənzər xəbərlər
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını
personAdmin 23-12-23, 16:19Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb. Sportaze.az klubun mətbuat...
Yüksək Liqa: "Gəncə", "Azərreyl" və
personAdmin 03-04-24, 11:26Qadın voleybolçuların Yüksək Liqasında XIX turun oyunları keçirilib. Sportaze.az xəbər verir ki, matçların ikisi...
Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı
personAdmin 14-03-24, 14:18Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində...





