Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub
Azərbaycan atleti Anna Skidan “Paris-2024” Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb.
Sportaze.az xəbər verir ki, o, 12 idmançının yer aldığı həlledici mərhələdə ilk 3 cəhdinin yekununda 73,27 metr nəticə göstərərək 6-cı olub. Bununla da A.Skidan mübarizəni davam etdirən ilk “səkkizliy”ə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73,66 metrə çatdıran atletimiz olimpiadada 7-ci yeri tutub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Bənzər xəbərlər
Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa
personAdmin 06-08-24, 22:26Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü...
Azərbaycanın altı təmsilçisi Slovakiyadakı reqatada iştirak
personAdmin 23-05-24, 15:48Mayın 24-də Slovakiyanın paytaxtı Bratislavada yeniyetmələr arasında start götürəcək kayak və kanoe üzrə beynəlxalq...
Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində
personAdmin 12-01-24, 11:12Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. Sportaze.az...





