SPORTAZE » DİGƏR » Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində mübarizəyə başlayırlar

Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində mübarizəyə başlayırlar

Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

Sportaze.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın altı idmançısı qüvvəsini sınayacaq.

Həsrət Cəfərov (67 kiloqram) ABŞ təmsilçisi Alexandro Sanço, Ülvi Qənizadə (72 kiloqram) rumıniyalı Lunqu Yulian, Xasay Həsənli (77 kiloqram) finlandiyalı Conni Kunnari Sarkinen, Sənan Süleymanov (77 kiloqram) türkiyəli Ahmet Yılmaz, İslam Abbasov (87 kiloqram) macarıstanlı İştvan Takaş ilə qarşılaşacaq. Murad Məmmədovun (63 kiloqram) rəqibi isə hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində indiyədək üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.


Bənzər xəbərlər

0 Azərbaycan ağırlıqqaldırma millisi ən yaxşılar arasında yer alıb

Azərbaycan ağırlıqqaldırma millisi ən yaxşılar arasında yer

personAdmin 24-06-24, 09:51

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi...

0 Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya

personAdmin 27-01-24, 16:29

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb. Azərbaycan Qış İdman Növləri...

0 AMADA rəsmiləri CAHAMA-nın iclasında iştirak ediblər

AMADA rəsmiləri CAHAMA-nın iclasında iştirak ediblər

personAdmin 06-03-24, 15:13

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü...

menu
menu