SPORTAZE » VOLEYBOL » “Gəncə” VK ilə DNK İstanbul Hospital arasında sponsorluq müqaviləsi imzalanıb

“Gəncə” VK ilə DNK İstanbul Hospital arasında sponsorluq müqaviləsi imzalanıb

“Gəncə” VK ilə DNK İstanbul Hospital arasında sponsorluq müqaviləsi imzalanıb.

Klubdan Sportaze.az saytına verilən məlumata görə, müqaviləni “Gəncə” VK-nın prezidenti Elvar Osmanov və DNK İstanbul Hospitalının baş həkimi Səbinə Baratzadə imzalayıblar.

Bir mövsümlük imzalanan müqaviləyə əsasən, DNK İstanbul Hospitalı “Gəncə” VK-nın sağlamlıq sponsoru olacaq, komandaya ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və sair kimi xidmət göstərəcək. Əvəzində isə komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında DNK İstanbul Hospitalının loqosu yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində tibb müəssisəsinin loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.

2005-ci ildən Gəncədə fəaliyyətə başlayan DNK İstanbul Hospitalda poliklinikal xidmətlər,  müasir laboratoriya, radiologiya (USM, KT, MRT, Rentgen), cərrahiyə, stasionar və təcili tibbi yardım xidmətləri mövcuddur.


Bənzər xəbərlər

0 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının

personAdmin 23-04-24, 18:47

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib. Sportaze.az saytının məlumatına görə, Bakı...

0 Qadın voleybolçuların Yüksək Liqasında ilin ilk oyunlarının proqramı açıqlanıb

Qadın voleybolçuların Yüksək Liqasında ilin ilk oyunlarının

personAdmin 07-01-24, 12:27

Yanvarın 9-da qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrənin VIII turuna iki oyunla start veriləcək....

0 Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti

personAdmin 04-03-24, 12:22

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı bəlli olub. Sportaze.az xəbər verir ki,...

menu
menu