SPORTAZE » VOLEYBOL » Yüksək Liqa: "Gəncə", "Azərreyl" və "Murov Az Terminal"dan möhtəşəm qələbə

Yüksək Liqa: "Gəncə", "Azərreyl" və "Murov Az Terminal"dan möhtəşəm qələbə

Qadın voleybolçuların Yüksək Liqasında XIX turun oyunları keçirilib.

Sportaze.az xəbər verir ki, matçların ikisi Bakıda, digəri Gəncədə reallaşıb. Turnir cədvəlinin lideri "Azərreyl" Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. Matça daha yaxşı başlayan "dəmiryolçular" üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qələbə qazanıb.

Günün növbəti oyununda “Gəncə” doğma meydanda “Abşeron”u qəbul edib. Meydan sahibləri ilk setdən təşəbbüsü ələ alıblar və yekunda 3:0 hesabı ilə qalib gəliblər.

Tura UNEC - “Murov Az Terminal” qarşılaşması ilə yekun vurulub. UNEC-in idman zalında baş tutan görüşdə “Murov Az Terminal” 3:0 hesablı qələbəyə sevinib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 48 xalla "Azərreyl" başçılıq edir. “Murov Az Terminal” 40 xalla ikinci, “Abşeron” 39 xalla üçüncü pillədə qərarlaşıb.


Bənzər xəbərlər

0 “Murov Az Terminal”ın voleybolçusu: Qələbələrimizin davamlı olacağına inanıram

“Murov Az Terminal”ın voleybolçusu: Qələbələrimizin davamlı

personAdmin 12-01-24, 14:43

2024-cü ilin ilk oyunu çox gərgin keçdi. Həm də rəqibimiz - "Azərreyl" güclü heyətə malik komandadır. Bu...

0 Azərbaycan voleybol çempionatının əsasnaməsində dəyişiklik edilib

Azərbaycan voleybol çempionatının əsasnaməsində dəyişiklik

personAdmin 12-03-24, 11:43

Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib. Sportaze.az AVF-yə istinadən...

0 "Gəncə" VK Azərbaycan Voleybol Federasiyasının "Kids Volleyball" layihəsini uğurla icra edir

"Gəncə" VK Azərbaycan Voleybol Federasiyasının

personAdmin 30-06-24, 15:41

Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi "Kids Volleyball" layihəsinin bölgələrdə inkişaf...

menu
menu