SPORTAZE » VOLEYBOL » “Murov Az Terminal”ın voleybolçusu: Qələbələrimizin davamlı olacağına inanıram

“Murov Az Terminal”ın voleybolçusu: Qələbələrimizin davamlı olacağına inanıram

2024-cü ilin ilk oyunu çox gərgin keçdi. Həm də rəqibimiz - "Azərreyl" güclü heyətə malik komandadır. 

Bu sözləri Sportaze.az saytına açıqlamasında “Murov Az Terminal” komandasının voleybolçusu Elmin Alışanov deyib.

Voleybolçu bildirib ki, oyuna çox yaxşı hazırlaşmışdıq. Çempionatda əsas rəqiblərimizdən olan "Azərreyl"i məğlub etməyi qarşıya hədəf qoymuşduq. Etiraf etmək lazımdır ki, oyun çox ağır keçdi. Qarşı tərəf də oyuna ciddi hazırlaşmışdı. Onlar da bizim gücümüzə bələddirlər. Sonda üstünlük bizdə oldu və yaxşı nəticə qazandıq. 

Komanda idman növündə səhvlərin çox olduğunu bildirən voleybolçu əsas əzmkarlıq nümayiş etdirib qələbə qazanmağın vacibliyini diqqətə çatdırıb: "Klubumuzun rəhbərliyinə və komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. İnanıram ki, qələbələrimiz davamlı olacaq.

Azərbaycan çempionatının səkkizinci turu çərçivəsində “Murov Az Terminal” və “AZERRAIL” klubları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov Az Terminal” və “AZERRAIL” 2-ci və 3-cü,  “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.


Bənzər xəbərlər

0 Azərbaycanın voleybol millisi Ukrayna və Polşa yığmaları ilə eyni qrupa düşüb

Azərbaycanın voleybol millisi Ukrayna və Polşa yığmaları

personAdmin 11-12-23, 23:48

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət komandası Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa...

0 EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub

EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub

personAdmin 04-01-24, 16:24

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol...

0 "Gəncə" klubu heyətini amerikalı voleybolçu ilə gücləndirib

"Gəncə" klubu heyətini amerikalı voleybolçu ilə

personAdmin 23-01-24, 15:38

“Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Komanda ABŞ voleybolçusu Vanessa Elena Qarsia ilə...

menu
menu