SPORTAZE » VOLEYBOL » EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub

EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

 Sportaze.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.

 Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

 Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Bənzər xəbərlər

0 "Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşüb

"Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə

personAdmin 08-03-24, 18:33

“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb....

0 EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub

EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub

personAdmin 04-01-24, 16:24

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol...

0 Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib

Avropa Voleybol Konfederasiyası növbəti dəfə

personAdmin 08-01-24, 12:59

Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib. Sportaze.az saytı xəbər verir ki,...

menu
menu