Yığma üzvü: Faiq Qarayevin təcrübəsi və ustalığı komandaya kömək olacaq
“Faiq Qarayevin təcrübəsi Azərbaycan voleybolunun inkişafına töhfə olacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət yığmanın və “Milli Aviasiya Akademiyası”nın üzvü Şəfaqət Alışanova deyib.
Təcrübəli oyunçu Faiq Qarayevin yığmaya baş məşqçi təyinatının düzgün addım olduğunu bildirib: “Faiq Qarayev Azərbaycanın ən yaxşı voleybol mütəxəssislərindəndir. Onun əvvəlki illərdə yığmada əldə etdiyi uğurlar hər kəsə məlumdur. Yüksək nəticələri onunla qazanmışıq. Düşünürəm ki, onun təcrübəsi və ustalığı komandaya kömək olacaq”.
Onun sözlərinə görə, yığmada hansı voleybolçunun çıxış edəcəyi ilə bağlı qərarı baş məşqçi verə bilər: “İndidən heyət barədə danışmaq düzgün olmaz. Hələ milli komandaların oyunlarına bir neçə ay var. Vaxtı gələndə bu məsələyə də aydınlıq gələcək”.
Yığmanın gələn il keçiriləcək Avropa Qızıl Liqasındakı şanslarına da toxunan toppaylayıcı bu yarışda uğur əldə edəcəklərinə inandığını söyləyib: ”Bilirsiniz ki, biz 2016-cı ildə Avropa Qızıl Liqasının qalibi olmuşuq. Bu yarışda kifayət qədər güclü və təcrübəli komandalar iştirak edir. Yaxşı və təcrübəli heyətimiz var. Azərbaycan bayrağını Avropa arenasında dalğalandırmaq istəyirik”.
Ş.Alışanova 2023-cü ildə Azərbaycan voleybolunda baş verən hadisələrə də toxunub: “Bu il çoxlu yarışlar və tədbirlərlə yadda qaldı. Gənclərdən ibarət milli komandalar beynəlxalq yarışlarda iştirak etdilər. Ölkə çempionatında komandaların sayı artdı. Düşünürəm ki, yarışlarla zəngin bir il oldu. Arzu edirəm ki, növbəti ildə daha böyük uğurlar qazanaq”.
Bənzər xəbərlər
Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb
personAdmin 26-03-24, 23:13Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib. Sportaze.az xəbər verir ki, matçların ikisi...
EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub
personAdmin 04-01-24, 16:2420 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol...
“Gəncə” voleybol klubu belaruslu statist ilə anlaşıb
personAdmin 13-08-24, 14:02“Gəncə” voleybol komandasında yeni təyinat reallaşıb. Klubun mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata...





