SPORTAZE » VOLEYBOL » "Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşüb

"Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşüb

“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb.

Sportaze.az xəbər verir ki, görüşdə Elvar Osmanov “Gəncə”nin Azərbaycan Yüksək Liqasındakı çıxışı, komandanın ölkə çempionatının pley-off mərhələsinə vəsiqə qazanması və aşağı yaş qruplarından ibarət heyətin formalaşdırılması istiqamətində mühüm addımların atıldığını deyib. Bildirib ki, Azərbaycan Voleybol Federasiyasının ölkəmizdə idmanın bu növünün kütləviləşməsi istiqamətində göstərdiyi mühüm işlərə “Gəncə” klubu da öz töhfəsini verir, orta məktəblərdə seleksiya xarakterli məşqlər təşkil olunur, istedadlı yeniyetmələr komandalara cəlb olunur.

Recep Öztop “Gəncə” klubunun çıxışını yüksək qiymətləndirərək komandaya ölkə çempionatında uğurlar arzulayıb, Azərbaycanda idmana göstərilən dövlət qayğısının əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra “Gəncə” klubu ilə Türkiyə komandaları arasında birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı təlim-məşq toplanışları və yoxlama oyunlarının təşkili barədə fikir mübadiləsi aparılıb.

Sonda Elvar Osmanov “Gəncə” klubunun formasını Recep Öztopa təqdim edib.


Bənzər xəbərlər

0 “Murov Az Terminal”ın voleybolçusu: Qələbələrimizin davamlı olacağına inanıram

“Murov Az Terminal”ın voleybolçusu: Qələbələrimizin davamlı

personAdmin 12-01-24, 14:43

2024-cü ilin ilk oyunu çox gərgin keçdi. Həm də rəqibimiz - "Azərreyl" güclü heyətə malik komandadır. Bu...

0 "Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını

personAdmin 23-12-23, 16:19

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb. Sportaze.az klubun mətbuat...

0 Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II

personAdmin 22-01-24, 13:38

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib. Sportaze.az xəbər...

menu
menu