Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib.
Sportaze.az xəbər verir ki, Yüksək Liqada X turun matçları yanvarın 23-də və 25-də baş tutacaq.
İlk olaraq ayın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu görüş saat 17:00-da start götürəcək. UNEC klubunun idman zalında saat 18:00-da başlayacaq qarşılaşmada isə “Milli Aviasiya Akademiyası” ilə UNEC münasibətləri aydınlaşdıracaqlar.
Tura yanvarın 25-də “Abşeron” - “Azərreyl” oyunu ilə yekun vurulacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.
Bənzər xəbərlər
"Gəncə" VK-nın çimərlik voleybolu üzrə Azərbaycan
personAdmin 11-07-24, 10:41İyulun 16-19-da Bakı Su İdmanı Sarayında çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionatda...
Yüksək Liqa: "Gəncə", "Azərreyl" və
personAdmin 03-04-24, 11:26Qadın voleybolçuların Yüksək Liqasında XIX turun oyunları keçirilib. Sportaze.az xəbər verir ki, matçların ikisi...
"Gəncə" VK Azərbaycan Voleybol Federasiyasının
personAdmin 30-06-24, 15:41Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi "Kids Volleyball" layihəsinin bölgələrdə inkişaf...





