SPORTAZE » DİGƏR » Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası arasında niyyət protokolu imzalanıb

Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası arasında niyyət protokolu imzalanıb

Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası (AVF) arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalama mərasimi keçirilib.

Sportaze.az saytının məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, AVF-nin prezidenti Şahin Bağırov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq birgə layihələrin icrasına dair videoçarx nümayiş olunub.

Çingiz Hüseynzadə AVF-nin son illərdə həyata keçirdiyi layihələrdən danışıb və onların təqdirəlayiq olduğunu bildirib. O, həmçinin MOK-un əvvəlki illərdə AVF ilə əməkdaşlığından söz açıb.

Şahin Bağırov isə birgə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. Federasiya rəhbəri bunun ölkədə voleybolun inkişafına daha da təkan verəcəyinə inandığını deyib.

Sonra MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov "Kompleks İnkişaf Modeli" haqqında təqdimatla çıxış edib.

Sonda niyyət protokolu imzalanıb. Sənədi Çingiz Hüseynzadə və Şahin Bağırov imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər arasında voleybolun Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydaları və tövsiyələrinə uyğun hərtərəfli, sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi, ehtiyat qüvvənin hazırlanması, həmçinin digər sahələrdə əməkdaşlığa dair tədbirlər keçiriləcək.

Müqavilədə voleybol üzrə milli və ya regional mərkəzin yaradılması ilə bağlı strateji fəaliyyət planının hazırlanması, beynəlxalq səviyyəli məşqçi kurslarının təşkili, müvafiq idman növü üzrə gənc istedadların müəyyən olunması, yeniyetmə, gənclər, o cümlədən məktəblilər arasında voleybolun təbliği və təşviqi də əksini tapıb.


Bənzər xəbərlər

0 Elçin Quliyev yenidən Azərbaycan Atçılıq Federasiyasının prezidenti seçilib

Elçin Quliyev yenidən Azərbaycan Atçılıq Federasiyasının

personAdmin 25-01-24, 11:01

Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş...

0 “Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl medal qazanıb

“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl

personAdmin 15-01-24, 10:20

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb. Sportaze.az xəbər verir ki, yarışın son günündə...

0 Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib

Azərbaycan minifutbol millisinin Avropa çempionatında

personAdmin 28-03-24, 13:47

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...

menu
menu