SPORTAZE » FUTBOL » “Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər

“Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər

Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.

Sportaze.az saytının məlumatına görə, bu gün XXVIII turun ilk iki oyunu keçiriləcək.

Premyer Liqanın lideri “Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna “Kəpəz”lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.

Günün digər matçında “Neftçi” autsayder “Qəbələ”nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. “Ağ-qaralar” isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.


Bənzər xəbərlər

0 “Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb

“Qarabağ” Azərbaycan futbolunda yeni rekorda imza atıb

personAdmin 30-03-24, 15:37

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi...

0 "Qarabağ" klubu rusiyalı qapıçı ilə yollarını ayırıb

"Qarabağ" klubu rusiyalı qapıçı ilə yollarını

personAdmin 04-06-24, 16:15

"Qarabağ" rusiyalı qapıçısı Andrey Lunyovla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, ölkə çempionu 32...

0 Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer

personAdmin 24-04-24, 15:29

Fransa Liqa 1-də çıxış edən “Tuluza” kollektivi Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Abdullah Zubiri transfer...

menu
menu