Azərbaycanın FIFA referisi təyinat alıb
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb.
Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Monteneqro və Andorra komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını maltalı Yoanna Vassallo yerinə yetirəcək.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunun oyunu aprelin 5-də Monteneqronun paytaxtı Podqoritsada, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Bənzər xəbərlər
“Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər
personAdmin 29-03-24, 11:56Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək. Sportaze.az saytının məlumatına görə, bu gün...
"Araz-Naxçıvan" daha bir futbolçu ilə yeni
personAdmin 03-06-24, 12:25Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. Naxçıvan...
"Zirə" ukraynalı futbolçusu ilə vidalaşıb
personAdmin 04-06-24, 11:42“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bu barədə paytaxt...





