AMADA rəsmiləri iNADO-nun illik Baş Assambleyasına qatılıblar
İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik Baş Assambleyası keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən Sportaze.az saytına verilən məlumata görə, tədbirə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Bildirilib ki, Assambleya iNADO-ya üzv təşkilatlar üçün mühüm müzakirələr və qərar qəbuletmə proseslərində iştirak baxımından böyük əhəmiyyət kəsb edib.
Tədbir çərçivəsində ötən il təşkil olunan Baş Assambleyanın protokollarının təsdiqi, İdarə Heyətinin sədri və baş direktorun, habelə maliyyə hesabatlarının təqdimatı olub. Bundan əlavə, iNADO Konstitusiyasına düzəlişlər və yeni İdarə Heyətinin üzvlərinin seçilməsi ilə də bağlı müzakirələr aparılıb.
Görüşdə kvorum tələbləri, səsvermə prosedurları, təkliflərin verilməsi və konstitusiyaya dəyişikliklər kimi aspektləri əhatə edən qaydalar da müzakirə mövzuları sırasında yer alıb.
Ümumilikdə, Assambleya üzvlərin təşkilatın istiqamətinin və idarəçiliyinin formalaşmasında fəal iştirakı, idmanda dopinqlə mübarizədə davamlı səylərin təmin edilməsi üçün platforma rolunu oynayıb.
Bənzər xəbərlər
Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə
personAdmin 07-08-24, 13:44Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında...
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış
personAdmin 14-09-24, 14:11Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan...
Azərbaycan minifutbol millisinin Avropa çempionatında
personAdmin 28-03-24, 13:47Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...





