SPORTAZE » DİGƏR » Azərbaycan taekvondo milliləri olimpiya lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşırlar

Azərbaycan taekvondo milliləri olimpiya lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşırlar

Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.

Sportaze.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq Seuldakı Milli İdman Universitetində təşkil olunur.

Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin başçılığı altında toplanışda Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavab Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.

Qadınlardan ibarət yığma isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.

Qeyd edək ki, olimpiya lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanış yanvarın 27-dək davam edəcək.

 


Bənzər xəbərlər

0 Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar I Baş Assambleya öz işinə başlayıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə

personAdmin 01-02-24, 12:00

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar I Baş Assambleya öz işinə başlayıb. Sportaze.az saytının...

0 Paris-2024: Altıncı günün gündəliyi

Paris-2024: Altıncı günün gündəliyi

personAdmin 01-08-24, 09:26

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha 18 dəst medal sahibini tapacaq....

0 Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış

personAdmin 14-09-24, 14:11

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan...

menu
menu