SPORTAZE » BASKETBOL » Gəncə Basketbol Liqasında altı komanda birincilik uğrunda mübarizə aparır

Gəncə Basketbol Liqasında altı komanda birincilik uğrunda mübarizə aparır


Azərbaycan Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Texnologiya Universiteti və “Telekom” basketbol idman klubunun birgə təşkilatçılığı ilə Gəncə Basketbol Liqasının ikinci çempionatı keçirilir.


Sportaze.az saytı xəbər verir ki, çempionatda 6 komanda iki dövrədən ibarət olmaqla yarışlara qatılıb. İki dövrənin nəticələrinə görə, ilk dörd yeri tutmuş komandalar pley-off mərhələsində güclərini sınayacaqlar. Qalibi müəyyən etmək üçün 3 qələbədən ibarət 5 matçlıq seriya oynanılacaq. 

Yarışlara Azərbaycan Texnologiya Universitetinin idman zalı ev sahibliyi edir. Ötən ilin dekabrından start götürən yarışda hazırda birinci dövrə oynanılır. Mayda yekun vurulacaq yarışın qalibinə pul mükafatı, kubok və qiymətli hədiyyələr təqdim olunacaq. 

Gəncə Basketbol Liqasının ilk çempionatında “Telekom” birinci, Regional Kollec ikinci, Azərbaycan Texnologiya Universitetinin komandası isə üçüncü olublar.

Sportaze.az saytının Gəncə bürosu 

 

 


Bənzər xəbərlər

0 "Xırdalan" komandası basketbolçusu İsmayıl Məmmədovla yollarını ayırıb

"Xırdalan" komandası basketbolçusu İsmayıl

personAdmin 10-01-24, 13:38

"Xırdalan" komandası basketbolçusu İsmayıl Məmmədovla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, komanda...

0 Azərbaycan Basketbol Liqası: “Sabah” klubu "Cəlilabad"ı məğlub edib

Azərbaycan Basketbol Liqası: “Sabah” klubu

personAdmin 16-03-24, 16:53

Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib. Sportaze.az xəbər verir ki, Cəlilabadda eyniadlı...

0 “Cəlilabad” basketbol klubu öz meydanında qələbə qazanıb

“Cəlilabad” basketbol klubu öz meydanında qələbə qazanıb

personAdmin 23-12-23, 16:33

Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib. Sportaze.az xəbər verir ki, Cəlilabad Olimpiya İdman...

menu
menu