Azərbaycan Basketbol Liqası: “Sabah” klubu "Cəlilabad"ı məğlub edib
Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.
Sportaze.az xəbər verir ki, Cəlilabadda eyniadlı komanda liderlər qrupunda qərarlaşan “Sabah”ı qəbul edib.
Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.
Qeyd edək ki, tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
Bənzər xəbərlər
Basketbol millimiz Türkiyədə təlim-məşq toplanışı keçirəcək
personAdmin 07-01-24, 13:34Kişi basketbolçulardan ibarət Azərbaycan millisi fevralın 12-də Türkiyədə təlim-məşq toplanışına yollanacaq....
Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib
personAdmin 28-03-24, 11:4816 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığmaları Türkiyənin İstanbul şəhərində keçirilən təlim-məşq...
Bakı klubu dünya reytinqində ilk üçlükdə
personAdmin 07-01-24, 23:34“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb. Sportaze.az xəbər...





