SPORTAZE » FUTBOL » “Qarabağ” klubu "Braqa”ya qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” klubu "Braqa”ya qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

 Klubdan Sportaze.az saytına verilən məlumata görə, qitə futbol qurumuna göndərilən siyahıda 24 futbolçu yer alıb. Yeni transfer Aleksey İsayevin adı da iştirak ərizəsinə əlavə olunub.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov;

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç;

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir;

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.


Bənzər xəbərlər

0 Mehdi Hüseynzadə adına stadionda mövsümün tamaşaçı rekordu qeydə alınıb

Mehdi Hüseynzadə adına stadionda mövsümün tamaşaçı rekordu

personAdmin 05-02-24, 12:59

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi...

0 "Qarabağ"ın futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

"Qarabağ"ın futbolçusu Azərbaycan

personAdmin 26-02-24, 12:40

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Sportaze.az Peşəkar...

0 FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir

personAdmin 12-01-24, 10:57

FIFA “FIFA series” adlanan yeni layihəyə start verir. Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,...

menu
menu