SPORTAZE » FUTBOL » FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək

FIFA “FIFA series” adlanan yeni layihəyə start verir.

Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni layihəyə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandalarının iştirakı ilə miniturnir təşkil olunacaq.

Müxtəlif qitələrdə keçiriləcək və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda təşkili nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

AFFA ali futbol qurumunun yeni layihəsini dəstəkləyib və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edib.


Bənzər xəbərlər

0 Premyer Liqada yeni mövsümün püşkatma mərasiminin vaxtı müəyyənləşib

Premyer Liqada yeni mövsümün püşkatma mərasiminin vaxtı

personAdmin 24-06-24, 12:41

Azərbaycan Premyer Liqasında 2024-2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Sportaze.az...

0 “Qarabağ” klubu "Braqa”ya qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” klubu "Braqa”ya qarşı keçirəcəyi oyunlar

personAdmin 03-02-24, 14:30

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi oyunlar üçün...

0 UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait

personAdmin 02-04-24, 10:53

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib. Sportaze.az xəbər verir ki, bu barədə...

menu
menu