Yığmamız Olimpiadaya hazırlığın birinci mərhələsini başa vurub
Qadınlardan ibarət 3x3 basketbol yığmamız Serbiyadakı hazırlıqların ilkin mərhələsini yekunlaşdırıb.
Sportaze.az xəbər verir ki, komandamızın təlim-məşq toplanışının birinci mərhələsi Novi Sad şəhərində baş tutub.
Hazırlıq prosesində Dina Ulyanova, Tatyana Deniskina, Alexi Mollenhauer və Mersedes Ualker iştirak ediblər.
Bakıya qayıdan kollektiv 23-24 mart tarixlərində Fransanın Tuluza şəhərində keçiriləcək hazırlıq turnirində iştirak edəcək.
Basketbolçularımız martın 26-da Serbiyada toplanışın ikinci hissəsinə start verəcək.
Qeyd edək ki, təlim-məşqlər “Paris-2024” Olimpiya oyunlarına vəsiqə verən təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.
Olimpiadaya lisenziya yarışları 12-14 aprel tarixlərində keçiriləcək.
Bənzər xəbərlər
“Xəzri” klubu Azərbaycan Basketbol Liqasında liderliyə
personAdmin 19-01-24, 17:49“Xəzri” klubu Azərbaycan Basketbol Liqasında liderliyə yüksəlib. Sportaze.az xəbər verir ki, komanda bu gün...
Azərbaycan klubu yeni basketbolçu ilə anlaşıb
personAdmin 06-01-24, 11:09“NTD-İndiqo” heyətini yeni basketbolçu ilə gücləndirib. Sportaze.az xəbər verir ki, Xaçmaz təmsilçisi ABŞ-dan olan...
Azərbaycan Basketbol Liqasında sabah mövsümün çempionu
personAdmin 23-05-24, 18:05Mayın 24-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş...





