“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub
“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub.
Bakı klubundan Sportaze.az saytına verilən məlumata görə, hazırda qadınlardan ibarət Azərbaycan millisini də çalışdıran Siyasət Əsgərovla mövsümün sonuna qədər müqavilə bağlanıb.
Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət yığmada məşqçi, 17 yaşadək qızlardan ibarət millidə baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Siyasət Əsgərov “Neftçi” ilə yanaşı, qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Bənzər xəbərlər
"Araz-Naxçıvan" daha bir futbolçu ilə yeni
personAdmin 03-06-24, 12:25Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. Naxçıvan...
Macarıstan - Azərbaycan oyununun hakimləri bəlli olub
personAdmin 01-04-24, 14:29Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının...
AFFA Gənclər Liqasında 2023/2024-cü il mövsümü başa çatıb
personAdmin 13-05-24, 14:19AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb. Sportaze.az AFFA-nın saytına istinadən xəbər verir ki, 33 turdan...





