AMADA “Araz-Naxçıvan” klubu üçün antidopinq maarifləndirmə seminarı keçirib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Araz-Naxçıvan” Akademiyasının U-17 və U-19 komandaları üçün antidopinq maarifləndirmə seminarı keçirib.
Sportaze.az xəbər verir ki, tədbirdə dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.
Nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin futbolçulara 11 antidopinq qayda pozuntusu haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.
Bənzər xəbərlər
Azərbaycan minifutbol millisinin Avropa çempionatında
personAdmin 28-03-24, 13:47Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...
Azərbaycanda “Ədalətli idman həftəsi” başlayır
personAdmin 15-04-24, 11:35Ümumdünya Antidopinq Agentliyi (WADA) aprelin 19-nu dünyada Ədalətli İdman Günü elan edib. Azərbaycan Milli Antidopinq...
Azərbaycan gimnastika millisi təlim-məşq toplanışı üçün
personAdmin 13-03-24, 10:30Bədii gimnastika üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün İtaliyanın Milan şəhərinə yollanıb. Sportaze.az...





