Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportaze.az saytının məlumatına görə, 35 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.
Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yarışın ilk günündə lisenziyaya sahib çıxıblar.
Bənzər xəbərlər
AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda
personAdmin 08-02-24, 11:082023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58...
Bilyard üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli
personAdmin 25-06-24, 13:31Bilyardın "Pool-8" intizam növü üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub. Sportaze.az xəbər...
AMADA rəsmiləri CAHAMA-nın iclasında iştirak ediblər
personAdmin 06-03-24, 15:13Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü...





