“Gəncə” klubundan Azərbaycan Voleybol Federasiyasının layihəsinə dəstək
“Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək.
Bu barədə Sportaze.az saytına klubun mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev məlumat verib.
O, komandanın ölkə çempionatındakı növbəti ev matçlarından bəzilərinin də başqa bölgələrdə oynanılacağını bildirib: “Azərbaycan Voleybol Federasiyası bölgələrdə bu idman növünün inkişafı üçün böyük işlər görür. Biz də buna töhfə vermək üçün bu matçı Tovuz şəhərində keçirməyi qərara aldıq”.
Qeyd edək ki, yanvarın 13-də Tovuz Olimpiya İdman Kompleksində oynanılacaq görüş saat 16:00-da başlayacaq.
Bənzər xəbərlər
"Gəncə" voleybol klubu Qazaxıstan millisinin
personAdmin 24-05-24, 13:14“Gəncə” voleybol komandasında yeni məşqçi təyinatı reallaşıb. Klubdan Sportaze.az saytına verilən məlumata görə, Gəncə...
"Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək
personAdmin 08-07-24, 14:46Göygöl rayonunda Xan yaylağının ərazisində yerləşən etno-qəsəbədə III Milli Yaylaq Festivalı təşkil olunub. Azərbaycan...
Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə
personAdmin 27-03-24, 16:10Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verəcək. Sportaze.az...





