SPORTAZE » VOLEYBOL » Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib.

Sportaze.az xəbər verir ki, yanvarın 11-də Yüksək Liqada VIII turun iki görüşü baş tutacaq.

İlk qarşılaşma “Murov Az Terminal”ın idman zalında təşkil olunacaq. “Neftçi” və MOİK komandaları saat 16:00-da üz-üzə gələcəklər.

Növbəti görüşdə “Murov Az Terminal”la “Azərreyl” qarşılaşacaqlar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, hazırda “Xarı Bülbül" (Şuşa) 16 xalla turnir cədvəlinə başçılıq edir. “Azərreyl” 14, “Murov Az Terminal” 13 xalla lideri izləyirlər. Dördüncü pillədəki “Neftçi”nin hesabında 10 xal var. “Xarı Bülbül" (Laçın) 4 xalla beşincidir, sonuncu sırada olan MOİK hələ xal qazana bilməyib.


Bənzər xəbərlər

0 "Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək səviyyədə təmsil olunub

"Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək

personAdmin 08-07-24, 14:46

Göygöl rayonunda Xan yaylağının ərazisində yerləşən etno-qəsəbədə III Milli Yaylaq Festivalı təşkil olunub. Azərbaycan...

0 Azərbaycan Yüksək Liqasında IX turun ilk oyununun vaxtı müəyyənləşib

Azərbaycan Yüksək Liqasında IX turun ilk oyununun vaxtı

personAdmin 17-01-24, 15:03

Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun ilk oyununun vaxtı müəyyənləşib. Sportaze.az saytı xəbər...

0 Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti

personAdmin 26-02-24, 15:14

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı bəlli olub. Sportaze.az xəbər verir ki,...

menu
menu