Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə oyunçuları ilə görüşüblər.
Sportaze.az AVF-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində reallaşan toplantıda klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nın digər əməkdaşları da iştirak ediblər.
AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyiblər, GRVK-nın vəziyyəti, idmançılara yaradılan şərait ilə tanış olublar.
Onlar ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr veriblər, onlara bu yolda uğurlar arzulayıblar.
Bənzər xəbərlər
“Gəncə” voleybol klubu rusiyalı oyunçu ilə yollarını ayırıb
personAdmin 06-01-24, 16:11“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb. Klubdan Sportaze.az saytına verilən məlumata görə,...
Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən
personAdmin 06-03-24, 10:36Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Sportaze.az xəbər verir ki, Yüksək...
“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə
personAdmin 16-09-24, 15:17“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə anlaşıb. Sportaze.az saytı klubun mətbuat xidmətinə istinadən...





