Milli Paralimpiya Komitəsinin rəsmisi IBSA-nın icraçı direktoru təyin olunub
Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.
Sportaze.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu təyinat IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.
Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.
Bənzər xəbərlər
Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub
personAdmin 04-06-24, 13:39Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP...
Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə
personAdmin 29-03-24, 15:51Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin...
Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan
personAdmin 27-03-24, 18:22Rusiyalı oxatanlar Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər. Sportaze.az xəbər verir ki, bu...





