Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
Azərbaycanın iki idmançısı Macarıstanın Seqed şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcək.
Sportaze.az xəbər verir ki, Diana Dımçenko və Bəhmən Nəsiri yarışa qatılacaqlar.
Reqlamentə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Yığmamızın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında çıxış edəcək. Bu yarış da Seqed şəhərində baş tutacaq.
Qeyd edək ki, turnirlər 25-28 aprel aralığında təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan bədii gimnastları Bolqarıstanda turnirə
personAdmin 02-04-24, 14:37Azərbaycan bədii gimnastları Leyli Ağazadə və Kamilla Seyidzadə Bolqarıstanda keçiriləcək "Sofiya Kuboku"...
Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış
personAdmin 12-03-24, 10:26Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə təlim-məşq toplanışı keçirlər. Sportaze.az saytınının Azərbaycan...
Azərbaycan ilə Çexiyanın antidopinq qurumları arasında
personAdmin 24-05-24, 15:21Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında...





