SPORTAZE » DİGƏR » Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışın qalibi olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, yarışın final mərhələsinə yüksələn təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.

İlin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan A.Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.

Qeyd edək ki, yarışda ümumilikdə 21 ölkə təmsil olunub.



Bənzər xəbərlər

0 Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə

personAdmin 24-05-24, 10:22

Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan II Dünya Olimpiya Təsnifat Turnirinə...

0 AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb

AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək

personAdmin 22-07-24, 20:18

Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Fransanın paytaxtı Parisdə təşkil olunacaq...

0 Azərbaycanın həndbol hakimləri Avropa Kubokunun oyununa təyinat alıblar

Azərbaycanın həndbol hakimləri Avropa Kubokunun oyununa

personAdmin 10-01-24, 18:24

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından yeni...

menu
menu