Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
Sportaze.az xəbər verir ki, 57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.
Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarışda 9 boksçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü
personAdmin 26-02-24, 10:52Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən...
Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
personAdmin 09-03-24, 09:33Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək. Sportaze.az...
Azərbaycanın idman tarixində rekord göstərici: il ərzində
personAdmin 31-12-23, 15:10Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb. Sportaze.az xəbər...





