Azərbaycan şahmat millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.
Sportaze.az saytının Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən məlumatına görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində sınaq xarakterli görüşdə iştirak edəcəklər.
Millimiz bu məqsədlə artıq Gürcüstana yollanıb. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriləri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.
Bənzər xəbərlər
Bakıda yeni MMA zalı istifadəyə verilib
personAdmin 10-01-24, 12:39Heydər Əliyev adına İdman-Konsert Kompleksində MMA zalı istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat...
Güləşçimiz Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub
personAdmin 06-08-24, 21:37Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız...
Milli Paralimpiya Komitəsinin rəsmisi IBSA-nın icraçı
personAdmin 03-04-24, 10:55Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət...





