“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib
“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib.
Klubdan Sportaze.az saytına verilən məlumata görə, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. Türkiyəli çalışdırıcı Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
46 yaşlı mütəxəssisin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.
Ç.Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztepe”, “Altınordu”, “Altay”, “Erzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb.
Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Erzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.
Bənzər xəbərlər
Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir
personAdmin 09-01-24, 09:55Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir. Sportaze.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri...
Macarıstan - Azərbaycan oyununun hakimləri bəlli olub
personAdmin 01-04-24, 14:29Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının...
Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu
personAdmin 30-03-24, 14:32Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib. Sportaze.az Peşəkar Futbol...





