SPORTAZE » VOLEYBOL » Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.

AVF-nin mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq.

Cəfərov Fransada yerli "Neptunes Nantes" və İtaliyanın "İgor Gorgonzola Novara" klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.

Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaq. Matç fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Bənzər xəbərlər

0 Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən asan qələbə

Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən

personAdmin 06-03-24, 10:36

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Sportaze.az xəbər verir ki, Yüksək...

0 Azərbaycan Voleybol Federasiyasının prezidenti Avropa Voleybol Konfederasiyasının rəhbəri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının prezidenti Avropa

personAdmin 01-03-24, 20:16

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri...

0 "Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını

personAdmin 23-12-23, 16:19

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb. Sportaze.az klubun mətbuat...

menu
menu