SPORTAZE » FUTBOL » Portuqaliyalı müdafiəçi Azərbaycandan təklif alıb

Portuqaliyalı müdafiəçi Azərbaycandan təklif alıb

Portuqaliyalı futbolçu Pedro Miqel Ruas Maçado Azərbaycandan təklif alıb.

Sportaze.az xəbər verir ki, bu barədə 27 yaşlı mərkəz müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında bildirib.

Maçado konkret hansı klubun onunla əlaqə saxladığını deməyib. Ancaq o, Azərbaycanla yanaşı, başqa ölkələrdən təkliflərinin olduğunu da vurğulayıb: “Portuqaliyada qalmağım istisna deyil. Ancaq gücümü göstərmək üçün ölkə xaricində çıxış etmək istəyirəm. Öz keyfiyyətimə bələdəm, istənilən komandaya xeyir verəcəyimə inanıram”.

Qeyd edək ki, Pedro Maçado 2023-cü ilin yayından klubsuzdur. Müdafiəçi son olaraq ötən mövsüm Portuqaliyanın “Setubal” komandasında oynayıb.


Bənzər xəbərlər

0 Macarıstan - Azərbaycan oyununun hakimləri bəlli olub

Macarıstan - Azərbaycan oyununun hakimləri bəlli olub

personAdmin 01-04-24, 14:29

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının...

0 Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olub

Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olub

personAdmin 09-02-24, 11:15

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub. Sportaze.az xəbər verir ki, yığma C Liqasının...

0 UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait

personAdmin 02-04-24, 10:53

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib. Sportaze.az xəbər verir ki, bu barədə...

menu
menu