"Qarabağ" klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
"Qarabağ" futbol klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.
Sportaze.az xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib.
Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"i darmadağın edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.
"Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.
Bu həm də Qurban Qurbanovun "Qarabağ"da baş məşqçi kimi 10-cu çempionluğudur.
Bənzər xəbərlər
UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait
personAdmin 02-04-24, 10:53UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib. Sportaze.az xəbər verir ki, bu barədə...
Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab
personAdmin 30-07-24, 10:39"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Sportaze.az xəbər verir ki, Qurban...
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu
personAdmin 11-03-24, 11:09"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb. Sportaze.az xəbər verir ki, bu, XXVI...





