SPORTAZE » MÜSAHİBƏLƏR » Alfonso Dominqes: Azərbaycan xalqı mənə çox inandı

Alfonso Dominqes: Azərbaycan xalqı mənə çox inandı

"Azərbaycan adını təmsil etmək böyük hissdir".

Sportaze.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Sizin dəstəyiniz sayəsində bura kimi gəldim. Azərbaycan Bayrağını təmsil etmək gözəl duyğudur. Bu ölkə mənə çox inandı və bunun qarşılığında medal qazandım. Hər birinizə minnətdaram".

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.


Bənzər xəbərlər

0 "Qarabağ" sürətli oyun sərgiləyir - Berq

"Qarabağ" sürətli oyun sərgiləyir - Berq

personAdmin 24-11-21, 20:13

Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa...

0 Elvar Osmanov: Bu gün Azərbaycanda idman uğurla inkişaf edir

Elvar Osmanov: Bu gün Azərbaycanda idman uğurla inkişaf edir

personAdmin 06-03-24, 09:17

5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman...

0 Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm

Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını

personAdmin 13-08-24, 09:26

“Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil”....

menu
menu