SPORTAZE » MÜSAHİBƏLƏR » Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm

Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm

“Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil”.

Sportaze.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

58 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxmış idmançı bildirib ki, yüksək nəticələr qazanmaq üçün hər il əzmlə çalışır: “Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq”.

“İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm”, - Q.Maqomedov əlavə edib.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.


Bənzər xəbərlər

0 Nicat Abasov: Şahmat üzrə İddiaçılar Turniri karyeramın əsas yarışıdır

Nicat Abasov: Şahmat üzrə İddiaçılar Turniri karyeramın

personAdmin 19-01-24, 16:05

Aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. 8 şahmatçının...

0 Rövşən Nəcəf: Azərbaycan futbolunda ilk olaraq hədəfləri müəyyənləşdirməliyik

Rövşən Nəcəf: Azərbaycan futbolunda ilk olaraq hədəfləri

personAdmin 02-04-24, 13:51

Hamının çiyin-çiyinə, əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri...

0 Rusiyanın məşhur güləşçisi: Bakıdakı turnirdə iştirakıma qadağa gözlənilməz oldu

Rusiyanın məşhur güləşçisi: Bakıdakı turnirdə iştirakıma

personAdmin 06-04-24, 12:26

Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya və beşqat dünya çempionu Abdülraşid Sadulayev Beynəlxalq Olimpiya...

menu
menu