SPORTAZE » FUTBOL » Avropa Liqası: "Qarabağ"ın üç futbolçusu statistik göstəricilərdə ön sıralarda qərarlaşıb

Avropa Liqası: "Qarabağ"ın üç futbolçusu statistik göstəricilərdə ön sıralarda qərarlaşıb

"Qarabağ" klubunun üç futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə görə ön sıralarda qərarlaşıb.

Sportaze.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ın hücumçusu Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür.

Braziliyalı forvard "çərçivə"yə dəqiq zərbələrdə (11) 5-7-ci sıralarda yer alb.

Azərbaycan çempionunun yarımmüdafiəçisi Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. Braziliyalı legioner yarış ərzində 28 dəfə buna müvəffəq olub.

"Qarabağ"ın qapıçısı Andrey Lunyov isə turnirdə qurtarış sayında (44) ikincidir.

Qeyd edək ki, İtaliyanın "Atalanta" klubu finalda Almaniya təmsilçisi "Bayer 04"ü üç cavabsız qolla üstələyərək UEFA Avropa Liqasının qalibi olub.


Bənzər xəbərlər

0 "Səbail" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Səbail" futbolçusu ilə müqavilənin müddətini

personAdmin 04-06-24, 15:31

"Səbail" klubu üzvü Yusif Nəbiyevlə müqavilənin müddətini uzadıb. Sportaze.az xəbər verir ki, 26 yaşlı...

0 Azərbaycan millisi Belarus və Rusiya yığmaları ilə üz-üzə gələcək

Azərbaycan millisi Belarus və Rusiya yığmaları ilə üz-üzə

personAdmin 05-02-24, 14:19

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun...

0 "Araz Naxçıvan" "Neftçi"nin yetirməsini transfer edib

"Araz Naxçıvan" "Neftçi"nin yetirməsini

personAdmin 29-05-24, 14:24

Yeni mövsüm öncəsi heyətini gücləndirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Sportaze.az klubun mətbuat...

menu
menu