SPORTAZE » DİGƏR » Avropa Olimpiya Təsnifat turniri: İlk gündə Azərbaycanın 4 güləşçisi çıxış edəcək

Avropa Olimpiya Təsnifat turniri: İlk gündə Azərbaycanın 4 güləşçisi çıxış edəcək

Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.

Sportaze.az saytının məlumatına görə, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.

Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayacaq. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.

Onlar müvafiq olaraq Aleksey Masik (Ukrayna), Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcəklər. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


Bənzər xəbərlər

0 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal

personAdmin 15-04-24, 09:23

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə...

0 Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

personAdmin 06-08-24, 23:38

Azərbaycan atleti Anna Skidan “Paris-2024” Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb....

0 Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib

Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib

personAdmin 04-01-24, 23:59

Azərbaycanda 2023-cü ildə təşkil olunan beynəlxalq idman tədbirlərinın sayı açıqlanıb. Sportaze.az Gənclər və İdman...

menu
menu