Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib
Bakıda keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, kişilər arasında Nikita Simonov halqalar, İvan Tixonov 6 alətin hər birində, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, dəstəli at və paralel qollar, Mənsum Səfərov isə dayaqlı tullanma və turnikdə bacarıqlarını nümayiş etdirəcəklər.
Qadınlar arasında isə Nazənin Teymurova 4 alətin hər birində, Samirə Qəhrəmanova gimnastika tiri və sərbəst hərəkətlərdə mübarizə aparacaq.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 70 ölkədən idmançıların iştirakı gözlənilir. Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq idman gimnastikası üzrə Dünya Kuboku martın 7-10-da baş tutacaq.
Bənzər xəbərlər
“Paris-2024”də iştirak etmiş Azərbaycan nümayəndə heyəti
personAdmin 14-08-24, 10:51Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə...
Azərbaycan Deflimpiya Komitəsinin yeni baş katibi
personAdmin 01-07-24, 13:45Azərbaycan Deflimpiya Komitəsinin (ADK) yeni baş katibi müəyyənləşib. Sportaze.az xəbər verir ki, bununla bağlı...
Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya
personAdmin 28-05-24, 23:26Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportaze.az xəbər verir ki,...





