AMADA-nın təcrübəsi milli Olimpiya komitələrinə nümunə göstərilib
Beynəlxalq Test Agentliyi (ITA) “Paris-2024” Yay Olimpiya Oyunları öncəsi milli Olimpiya komitələri üçün təmiz idman üzrə təlimat dərc edib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, təlimat Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşlığı, Ümumdünya Antidopinq Agentliyinin (WADA) isə dəstəyi ilə hazırlanıb.
Təlimatda ITA 6 ölkənin və 1 regional təşkilatın təcrübəsindən yararlanıb. Həmin təşkilatlar arasında AMADA da yer alıb.
Təlimatda agentliyin Təhsil şöbəsinin fəaliyyətinə geniş yer verilib. Belə ki, AMADA-nın təhsil proqramlarının WADA-nın tələblərinə uyğun şəkildə təşkili, düzgün maarifləndirmə siyasətinin aparılması, dopinqin zərərlərinin idman ictimaiyyətinə dolğun və düzgün çatdırılması milli Olimpiya komitələrinə nümunə kimi göstərilib.
Həmçinin təlimatda AMADA-nın təhsil üzrə proqramlarından hazırlanmış videoçarxlar da əyani surətdə təqdim olunub.
Xatırladaq ki, AMADA 2023-cü ildə 3 min nəfəri əhatə edən təhsil proqramları çərçivəsində 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirib.
Bənzər xəbərlər
Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış
personAdmin 06-02-24, 10:22Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda...
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
personAdmin 12-05-24, 12:57Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının...
Paris-2024: Beşinci günün gündəliyi
personAdmin 31-07-24, 09:44Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha 11 dəst medal sahibini tapacaq....





