SPORTAZE » DİGƏR » Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Ardınca nazir ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və onlara uğurlar arzulayıb.

Alpaqut döyüş sənəti, Çin döyüş növləri (uşu-çinda, uşu-sanda), sumo, muaytay, atletika, milli idman növləri (qazax güləşi), sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.


Bənzər xəbərlər

0 Milli Gimnastika Arenasında “Safeguarding” seminarı təşkil edilib

Milli Gimnastika Arenasında “Safeguarding” seminarı təşkil

personAdmin 02-12-24, 11:28

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə bütün yaş kateqoriyaları üçün “Safeguarding” (Şəxsiyyətin qorunması)...

0 Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024”

personAdmin 01-03-24, 12:26

Avropa Kanoe Assosiasiyası (ECA) “Prezident Kuboku-2024” beynəlxalq reqatasını ikinci dəfə rəsmi təqvim planına daxil...

0 Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan qılıncoynadanı Yay Olimpiya Oyunlarına lisenziya

personAdmin 28-05-24, 23:26

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportaze.az xəbər verir ki,...

menu
menu