“Sabah” klubunun baş məşqçisi istefa verib
“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.
Sportaze.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı rusiyalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaqla bağlı istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Bənzər xəbərlər
Avropa Liqası: "Qarabağ"ın üç futbolçusu
personAdmin 23-05-24, 10:41"Qarabağ" klubunun üç futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə...
Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum
personAdmin 23-01-24, 13:3621 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının...
"Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib
personAdmin 17-11-24, 00:36Futbol üzrə İkinci Liqa təmsilçisi "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib. Komanda Vüqar Nadirov...





