Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri bəlli olub
Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən “fair-play” mükafatının 2024-cü il üzrə sahibləri məlum olub.
Azərbaycan Şahmat Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, qaliblər Niderlandın Veyk-an-Zee şəhərindəki "Tata Steel Chess" turnirində iştirak edən şahmatçıların “fair play” prinsipləri nəzərə alınmaqla elan olunub.
Vüqar Həşimov Şahmat Fondunun təsis etdiyi mükafata əsas yarışda mübarizə aparan niderlandlı Maks Varmerdam və "challenge"in iştirakçısı belçikalı Stefan Beukema layiq görülüb. Mükafatları şahmatçılara yarışın direktoru Yerun Van Den Berq təqdim edib.
Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.
Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur. Müxtəlif illərdə bu mükafata Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və digərləri sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların
personAdmin 18-01-24, 11:04Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS)...
Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirilib
personAdmin 18-12-23, 23:262024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib. Beynəlxalq Cüdo...
Hidayət Heydərov Olimpiya çempionu nişanı alacaq
personAdmin 30-07-24, 15:26Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (IJF) qızıl olimpiya çempionu nişanını alacaq. Sportaze.az xəbər...





