Sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək
Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.
Sportaze.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.
Çempionatın proqramı belədir:
29 yanvar
Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.
30 yanvar
Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.
31 yanvar
Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.
1 fevral
Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.
Bənzər xəbərlər
“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl
personAdmin 15-01-24, 10:20Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb. Sportaze.az xəbər verir ki, yarışın son günündə...
Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu
personAdmin 21-05-24, 10:49Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında...
Ötən il idmançılardan 1142 antidopinq testi götürülüb
personAdmin 17-01-24, 16:57Ötən il Azərbaycan idmançılarından 1142 antidopinq testi götürülüb. 282 beynəlxalq sifariş üzrə test həyata keçirilib....





