SPORTAZE » DİGƏR » Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib.

Sportaze.az saytının məlumatına görə, Bakıda keçirilən I Baş Assambleyada yeni yaradılan qurum fəaliyyətə başlayıb.

İki gün ərzində Binə Atçılıq Mərkəzində keçirilən tədbirə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə qatılıb.

I Baş Assambleyada Beynəlxalq Çövkən Federasiyasının Əsasnaməsi də təsdiqlənib.

Quruma Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev prezident seçilib. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç baş katib olub.

Eyni zamanda vitse-prezidentlər və regional qrupların rəhbərləri də müəyyənləşib. Vitse-prezident postuna Böyük Britaniyadan Anna Holl, Türkiyədən Zübeyir Bekiroğlu və Mərakeşdən Mohammed Mubdi seçiliblər.


Bənzər xəbərlər

0 Azərbaycan Boks Federasiyasının yeni vitse-prezidenti müəyyənləşib

Azərbaycan Boks Federasiyasının yeni vitse-prezidenti

personAdmin 27-02-24, 12:29

Azərbaycan Boks Federasiyasının yeni vitse-prezidenti müəyyənləşib. Federasiyadan Sportaze.az saytına verilən məlumata...

0 “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

“AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək

personAdmin 11-03-24, 16:52

Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib....

0 Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirlər

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış

personAdmin 12-03-24, 10:26

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə təlim-məşq toplanışı keçirlər. Sportaze.az saytınının Azərbaycan...

menu
menu