“Səbail” klubu “Portu”nun yetirməsini transfer edib
“Səbail” komandası 2024-cü ilin ilk transferini reallaşdırıb.
Klubdan Sportaze.az saytına verilən məlumata görə, 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Keta ilə 1,5 illik müqavilə imzalanıb.
“Portu”nun yetirməsi olan oyunçu karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” komandalarının formasını geyinib. Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının şərəfini qorumuş M.Keta hazırda Qvineya-Bisau millisinin üzvüdür.
Qeyd edək ki, futbolçu son olaraq, Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib.
Bənzər xəbərlər
FIFA işğaldan azad olunmuş ərazilərdə futbol infrastrukturu
personAdmin 23-12-23, 12:38FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər....
"Səbail" futbolçusu ilə müqavilənin müddətini
personAdmin 04-06-24, 15:31"Səbail" klubu üzvü Yusif Nəbiyevlə müqavilənin müddətini uzadıb. Sportaze.az xəbər verir ki, 26 yaşlı...
“Neftçi”dən ayrılan hücumçu Norveç çempionu ilə anlaşıb
personAdmin 28-03-24, 09:04Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran Aaron Olanarenin yeni klubu bəlli olub. Sportaze.az xəbər verir ki,...





