"Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazanıb
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin iki üzvü bürünc medal qazanıb.
Sportaze.az xəbər verir ki, yarışın ilk günündə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə Puerto-Riko təmsilçisi Jozef Silvaya 4:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Eyni çəkidə Nürəddin Novruzov israilli Daniel Popovu 7:3 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.
Millinin bu gün çıxış edən digər üzvləri Cəbrayıl Qadjiyev (74 kiloqram) və Arseni Djioyev (86 kiloqram) isə etimadı doğrulda bilməyiblər.
Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycan ümumilikdə 26 güləşçi ilə təmsil olunur.
Bənzər xəbərlər
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku
personAdmin 27-03-24, 14:14Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb. Azərbaycan Ağırlıqqaldırma...
Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan
personAdmin 27-03-24, 18:22Rusiyalı oxatanlar Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər. Sportaze.az xəbər verir ki, bu...
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış
personAdmin 07-03-24, 12:43Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Sportaze.az-ın məlumatına görə, tədbir Milli...





