SPORTAZE » FUTBOL » “Zirə” klubu sabiq futbolçusunu transfer edib

“Zirə” klubu sabiq futbolçusunu transfer edib

“Zirə” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Sportaze.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini heyətinə qatıb. Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Futbolçu ilə müqavilənin müddətini uzatmaq hüququ "Zirə"yə məxsusdur.

Qeyd edək ki, daha əvvəl 2016-2017-ci illər mövsümündə “Zirə”nin şərəfini qorumuş oyunçu Azərbaycanda “Şamaxı”, “Neftçi”, İtaliyada “Çezena”, “Pavia”, İspaniyada “Alaves”, Rumıniyada “Unversitatya Krayova”, Səudiyyə Ərəbistanında isə “Ohod” klublarında çıxış edib.


Bənzər xəbərlər

0 “Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub

“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi

personAdmin 02-02-24, 12:17

“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub. Bakı klubundan Sportaze.az saytına verilən...

0 Ramin Nəsirli karyerasını yenidən Latviyada davam etdirə bilər

Ramin Nəsirli karyerasını yenidən Latviyada davam etdirə

personAdmin 08-01-24, 13:39

Azərbaycanlı futbolçu Ramin Nəsirli karyerasını yenidən Latviyada davam etdirə bilər. Sportaze.az xəbər verir ki, bu...

0 Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum olub

Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum

personAdmin 23-01-24, 13:36

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının...

menu
menu